Azərbaycan İslamiadadakı medalların sayını 68-ə yüksəldib
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 11-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 68-ə yüksəlib.
Adalet.az xəbər verir ki, medallardan 20-si qızıl, 27-si gümüş, 21-i bürünc əyarlıdır.
Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədə qərarlaşıb.
İlk 3 mövqedə medal əyarında müvafiq olaraq, Türkiyə 234 (90 qızıl, 81 gümüş, 63 bürünc), Özbəkistan 112 (40 qızıl, 28 gümüş, 44 bürünc) və İran 110 (37 qızıl, 31 gümüş, 42 bürünc) medalla qərarlaşıb.
İndiyədək ümumilikdə 56 ölkədən 42-si medal qazana bilib.
Qeyd edək ki, Azərbaycan yığması medallarını 15 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoynatma (1 qızıl , 2 gümüş, 2 bürünc) taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), atıcılıq (1 gümüş) həndbol (1 gümüş), üzgüçülük (1 gümüş), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc) və voleybolda (1 bürünc) əldə edib.(report)
Digər Xəbərlər
18 Sentyabr 2026 18:48
“Onları “Real”a gətirmək istərdim” - Mbappe
18 Sentyabr 2026 17:55
Türkiyə millisinin heyəti açıqlandı
18 Sentyabr 2026 15:35
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi
18 Sentyabr 2026 10:12
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
18 Sentyabr 2026 10:09
Formula 1 vaxtı bir çox əsas yollar müəyyən saatlarda açıq olacaq
18 Sentyabr 2026 09:21
Avropa Liqası: "Beşiktaş" qələbə qazandı - VİDEO
17 Sentyabr 2026 11:24
Formula 1 gələn il Türkiyədə bu tarixdə baş tutacaq
17 Sentyabr 2026 09:11


Bakı -°C

