Azərbaycan klublarının UEFA Avropa Liqasında 300-cü qolunu vurdu
“Qarabağ”ın futbolçusu Abdullah Zubirin UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Vestri” ilə oyununda vurduğu qol yubileylə əlamətdar olub.
Adalet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu top Azərbaycan klublarının turnirdəki 300-cü qolu kimi tarixə düşüb.
Əvvəl UEFA Kuboku, sonradan UEFA Avropa Liqası adlanan turnirdə keçirilən əvvəlki 283 qarşılaşmada təmsilçilərimiz 298 qol vurmuşdu. “Qarabağ”ın İslandiya klubu üzərindəki 3:0 hesablı qələbəsi ilə bu rəqəm 301-ə yüksəlib.
Azərbaycan komandalarının həm avrokuboklarda, həm də bu turnirdə ilk qolu 1995/1996 mövsümündə qeydə alınıb. UEFA Kubokunun 1995-ci il avqustun 22-də keçirilən “Austriya” (Vyana, Avstriya) – “Kəpəz” görüşündə (5:1) Yadigar Süleymanov fərqlənib.
Digər Xəbərlər
11 Avqust 2026 21:50
"Sabah" darmadağınla pley-off mərhələsində - YENİLƏNİB
11 Avqust 2026 21:00
Macarıstan millisinin sabiq futbolçusu "Neftçi"də
11 Avqust 2026 18:00
Hakimlərin qərarına aydınlıq gətirəcək yeni platforma...
11 Avqust 2026 17:51
"Kəpəz" qapıçı transfer etdi
11 Avqust 2026 17:33
"Neftçi" basketbol klubu Cəbrayıl Əkbərovu transfer edib
11 Avqust 2026 15:33
“Sabah” – “Orhus” matçında anşlaq: Bütün biletlər satılıb
11 Avqust 2026 11:53
Tahir Gözəldən “Qarabağ” - “Dinamo” oyunu öncəsi açıqlama
11 Avqust 2026 11:20


Bakı -°C

