adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Yanvar 2022 15:05
238
MƏMLƏKƏT

Azərbaycan Mədəniyyəti sosial platforması 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçiriblər

Azərbaycan Mədəniyyəti Sosial Platforması və Sabunçu rayonu Gənclər Evi 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçiriblər. 

Anaım tədbirində Millət vəkilləri, iş adamları, ictimaiyyət nümayəndələri, gənclər təşkilatları, KİV və QHT rəhbərləri iştirak ediblər.

Tədbirdə 20 Yanvar faciəsinə həsr olunan video-çarx nümayiş olunub.
Tədbirin aparıcısı Fidan Oruc Əliyeva qeyd edib ki, 2020-ci ildə Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Qarabağ Zəfərindən sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün Şəhidlərimizin qisası alındı, qəhrəman oğul və qızlarımızın ruhu şaddır və Azərbaycan xalqı 20 Yanvar faciəsinin 32-ci ildönümünü andığı bu günlərdə ötən illər ərzində ilk dəfədir ki, Şəhidlər Xiyabanına başıuca və qürurla gedir:

“Vətən müharibəsində Azərbaycan xalqı işğal altındakı bütün torpaqlarını azad etdi və ərazi bütövlüyünü bərpa edərək adını tarixə qızıl hərflərlə yazdı”.

Sabunçu rayonu Gənclər Evinin direktoru Samir Mehrəliyev bildirdib ki, ötən müddətdə Azərbaycanda Vətəninə, dövlətinə, torpağına bağlı qəhrəman, döyüşkən və fədakar gənclər formalaşıb:

“Biz Prezidentimiz, döyüş meydanında böyük şücaət, mərdlik, milli ruh nümayiş etdirən qəhrəman gənclərimiz, əsgər və zabitlərimiz, Ordumuzla qürur duyuruq. Bu gənc nəsli tərbiyə edən valideynlərimizlə, müəllimlərimizlə fəxr edirik”.

Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, bu dəhşətli faciədən 32 il ötsə də baş verənlər unudulmur:

“Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki azadlığa gedən yolumuzda ilk cığırları onlar açıblar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə, şəhidlərə borcluyuq”.

Millət vəkili Vüqar İsgəndərov bildirib ki, yanvarın 20-də Şəhidlər xiyabanını, şəhidlərin xatirə kompleksini yüz minlərlə insan ziyarət edir: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir”.

Tarixçi Rasim Rzaxanov çıxış edərək bildirib ki, bu gün bizim üçün həm hüznlü, həm də şərəfli gündür:

“29 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu dinc əhaliyə divan tutdu. Yüzdən çox oğul və qızlarımız o məşum gecədə qətlə yetirildi. Məhz o gecə tökülən qanlar hesabına ölkəmiz əsarətdən xilas oldu, yenidən dövlət müstəqilliyi əldə etdi. Şəhidlər xiyabanı ölümün gözünə dik
baxan vətən övladlarının son mənzilidir. Azadlığımızın memarları, xalqı, vətəni canından çox sevən fədailər unudulmurlar”.

Tədbirdə Uşaq İnkişa Mərkəzinin rəhbəri Aynur Musayeva çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi ilə Azərbaycan xalqı mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzin direktoru Vüsalə Əmiraslanova bildirib ki, ölkəmizin müstəqilliyi uğrunda canını qurban verən şəhidlərimizin xatirəsi Azərbaycan tarixinə və xalqımızın yaddaşına daimi yaşayacaq.

Qazilər Kənan Qasımov, Süpay Məmmədov çıxışlarında 20 Yanvar faciəsini ürəkağrısı ilə xatırladılar.


Azərbaycan Mədəniyyəti sosial platformasın sədri Rəqsanə Əsədova çıxışında 1990-cı il yanvarın 19-
dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın
hadisəsi törədildiyini ,bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini
irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik
istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında
əzmək olduğunu qeyd edib. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli
görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola, milli qürurumuzu qıra bilmədi. Xalqın başına gətirilən
bu cinayət sovet imperiyasının iç üzünü bariz şəkildə ortaya qoydu. Əslində imperiyanın Bakıda bu
qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperiyanı zor
gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.

Şəhidlər xiyabanı azadlığımız, müstəqilliyimiz və milli iradəmizin simvolu kimi gələcək nəsillər üçün də
bir qürur mənbəyi olacaq.

44 günlük müharibədə Prezident İlham Əliyev təkcə Azərbaycanı qalib etmədi, eyni zamanda, müasir
dünya siyasətində həllini gözləyən bir sıra məsələləri uğurla həll etdi. 

44 günlük müharibədə qazanılan qələbə ermənilərin bədbəxtliyinin köklərini bir
daha üzə çıxardı. Göstərdi ki, erməni ünsürünün bədbəxtliyinin başlıca səbəbi son iki yüz ildə gəlib
yerləşdikləri və aborigen olmadıqları regionun yerli xalqları ilə dil tapıb keçinməməkdə və üçüncü
qüvvəni gətirməkdədir. Vətən torpağı üçün son damla qanına qədər qəhərmanlıqla döyüşən və canını
Vətən uğrunda, torpaqlarımızın azadlığı uğrunda fəda verən neçə-neçə igidlər formalaşdırıb. Bu xalq
böyük Qələbələrə layiq xalqdır. Çünki xalqımız əziz Prezidentimiz, qalib Ordunun Ali Baş Komandanı
İlham Əliyevə güvənir, Ona arxalanır, Ona inanır. Azərbaycanımızın gələcəyi çox parlaqdır və etibarlı
əllərdədir.

Sonra Anım tədbirinə yekun vuruldu. Allah bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!