adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Mart 2024 23:23
1232
İDMAN

Azərbaycan millisi Avropa çempionatında böyükhesablı qələbə qazandı

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda B liqasının ikinci qrupunda son oyununu keçirib.

Adalet.az xəbər verir ki, yığma Moldovadan olan həmyaşıdları ilə üz-üzə gəlib.

Bolqarıstanda keçirdiyi ilk iki görüşündə xal qazana bilməyən komandaların duelindən Azərbaycan yığması böyükhesablı qalibiyyətlə ayrılıb - 4:1. Komandamızın qollarına Ayşən Salamzadə (7-ci dəqiqə), Arzu Cəfərova (25), Vahidə Əlipaşayeva (63) və Xanım Əsədova (78) imza atıblar. Bununla yığmamız qrupu üç xalla üçüncü pillədə başa vurub.

Qeyd edək ki, Azərbaycan seçməsi ilk iki matçında Bolqarıstana 1:6, Sloveniyaya isə 0:4 hesabı ilə məğlub olub.