Azərbaycan millisi Belçikaya qalib gəldi
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı – 2025-in (EBSL) final mərhələsində ilk oyununu keçirib.
Adalet.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan yığma Belçikaya 5:4 hesabı ilə qalib gəlib.
Qarşılaşma İtaliyanın Viareccio şəhərində baş tutub.
Azərbaycanın heyətində Sabir Allahquliyev iki, Elçin Qasımov, Sahib Məmmədov və Ramil Əliyev hərəyə bir qol vurublar.
Qeyd edək ki, milli qrupda növbəti oyununu sentyabrın 12-də Litva yığmasına qarşı keçirəcək.
Digər Xəbərlər
14 Sentyabr 2026 17:40
"Neftçi"də yeni müqavilə
14 Sentyabr 2026 17:30
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
14 Sentyabr 2026 16:54
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
14 Sentyabr 2026 09:25


Bakı -°C

