adalet.az header logo
  • Bakı -°C
10 Avqust 2026 08:54
92
DÜNYA
A- A+

"Azərbaycan müharibədə bizə kömək etdi" - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian Tehranın regional ölkələrlə münasibətlərinin yaxşılaşdığını bildirib.

Adalet.az xəbər verir ki, o, xüsusilə Azərbaycanla əməkdaşlığı qeyd edib.

Pezeşkianın sözlərinə görə, Bakı əvvəllər bir sıra marşrutları bağlamışdı və İran bankı da fəaliyyətini dayandırmışdı. Lakin danışıqlardan sonra vəziyyət dəyişdi.

"Biz zəng etdik və onlarla danışdıq. İki saatlıq söhbətdən sonra hər şey yenidən açıldı. Bank və səfirlik fəaliyyətini bərpa etdi və marşrutlar yenidən açıldı", - Pezeşkian bildirib.

İran Prezidenti müharibə zamanı Azərbaycanın köməyini də xüsusilə vurğulayıb.

"Müharibə zamanı Azərbaycan bizə müxtəlif marşrutlarda - istər Rusiyadan, istərsə də öz təchizatlarından - əhəmiyyətli dərəcədə kömək etdilər. Onlar ehtiyac duyduğumuz hər şeydə bizi müşayiət etdilər və bizə kömək etdilər", - deyə o bildirib.