Azərbaycan Ordusunun Laçında yaralanan əsgəri həlak olub
Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib.
"Report"un əldə etdiyi məlumata görə, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Müdafiə Nazirliyi “Report”a faktı təsdiqləyib.
Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Əsgər Tahir Əliyev müxtəlif bədən xəsarətləri almışdı.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Allah rəhmət etsin!
Digər Xəbərlər
12 Mart 2026 11:34
Yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirildi - VİDEO
11 Mart 2026 11:22
Qəzada ölən şəxsin yaxınları axtarılır - Əlində “Süleyman” yazılmış döymə var
10 Mart 2026 18:50
Səfirlik ölən azərbaycanlı ilə bağlı MƏLUMAT YAYDI
10 Mart 2026 14:08
Azərbaycanda baş redaktor VƏFAT ETDİ - FOTO
10 Mart 2026 12:47
Maşın yola qaçan qadını vurdu - ANBAAN VİDEO
09 Mart 2026 12:43
Xarici vətəndaşlar Xızıda dağlıq ərazidə köməksiz qaldılar - VİDEO
08 Mart 2026 18:42
Sumqayıtda azyaşlı belə xilas edildi - VİDEO
07 Mart 2026 18:30


Bakı -°C

