adalet.az header logo
  • Bakı -°C
07 Sentyabr 2026 19:34
44
HADİSƏ
A- A+

Külək irigövdəli ağacı yola AŞIRDI - YENİLƏNİB + VİDEO

Cəlilabad rayonunda güclü külək nəticəsində ağacların yola aşması səbəbindən yaranan nəqliyyat məhdudiyyəti aradan qaldırılıb.

Adalet.az-ın məlumatına görə, aidiyyəti qurumlar tərəfindən yola aşan ağacların götürülməsi ilə bağlı işlər həyata keçirilib.

Hazırda həmin ərazidə hər iki istiqamətdə nəqliyyatın hərəkəti tam bərpa olunub.

Ərazidə hərəkətin təhlükəsizliyi polis əməkdaşları tərəfindən təmin edilib.

***19:13

Günorta saatlarından Cəlilabad rayonunda müşahidə olunan küləkli hava rayonda müəyyən problemlərə səbəb olub.

Adalet.az xəbər verir ki, Cəlilabad-Göytəpə yolunda və Göytəpə şəhərində ağacları aşırıb, xüsusilə yol ətrafındakı istixanalara ciddi ziyan vurub.

İrigövdəli ağacların yolun hərəkət hissəsini düşməsi ilə nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Hazırda aşan ağacların yoldan kənarlaşdırılması istiqamətində iş aparılır. Əraziyə Dövlət Yol Polisi əməkdaşları da cəlb olunub və hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülür.

Hazırda cənub bölgəsində güclü külək davam edir./Qafqazinfo