Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçiriləcək
Növbəti Azərbaycan-Özbəkistan Regionlararası Forumunun 2026-cı ilin avqustunda keçirilməsi planlaşdırılır.
Adalet.az-ın Report-a istinadən verdiyi məlumata görə, bunu Özbəkistan İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin Xüsusi İqtisadi və Sənaye Zonalarının İnkişafı Departamentinin direktoru Sahib Saifnazarov Özbəkistan-Azərbaycan Sənaye və İqtisadi Zonalar Forumunda bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələrin təməli hələ 1995-ci ildə qoyulub, 1998-ci ildən isə Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir.
S.Saifnazarov qeyd edib ki, iki ölkə rəhbərliyinin həyata keçirdiyi tədbirlər iqtisadi əlaqələrin fəal inkişafına təkan verir: "Hazırda Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 367 müəssisə fəaliyyət göstərir. Ölkələrimiz arasında ticarət dövriyyəsi də artır. 2025-ci ilin yekunlarına görə o, 15 % artıb, cari ilin dörd ayı ərzində isə artım artıq demək olar ki, 49 % təşkil edib".
Nazirliyin nümayəndəsi Özbəkistanda azad iqtisadi zonaların inkişafından da danışıb. Azad iqtisadi zonalar haqqında qanunun hələ 1996-cı ildə qəbul edilməsinə baxmayaraq, ilk belə zona yalnız 2008-ci ildə fəaliyyətə başlayıb.
Onun sözlərinə görə, hazırda beynəlxalq ekspertlərin iştirakı ilə azad iqtisadi zonalar haqqında qanunun yeni redaktəsi hazırlanıb: "Bu sənəd aidiyyəti nazirlik və idarələrlə razılaşdırma mərhələsindən keçir".
S.Saifnazarov qanunvericiliyin daha da təkmilləşdirilməsinin iqtisadi zonaların inkişafına təkan verəcəyinə əminliyini ifadə edərək qeyd edib ki, Özbəkistan bu sahədə Azərbaycanın təcrübəsini də nəzərə ala bilər.
Digər Xəbərlər
25 Iyul 2026 14:10
Prezidentdən Milix İlxananoviç ilə bağlı SƏRƏNCAM
25 Iyul 2026 10:42
“Kinayə ilə ordumuza, dövlətimizə və onun gücünə rişxənd edənlər bilsinlər ki...”
25 Iyul 2026 10:21
“Ona görə də ABŞ İranda rejimə böyük zərbə vuracaq”
25 Iyul 2026 10:10
“Ər-Riyad əmindir ki, bölgədəki əsas rəqibi İran gec və ya tez...”
24 Iyul 2026 17:23
MM ABŞ Konqresinin açıqlaması ilə bağlı məlumat yaydı
24 Iyul 2026 16:28
Prezidentdən Rəşad Aslanovla bağlı SƏRƏNCAM
24 Iyul 2026 16:01
Dünya böyük müharibəyə doğru gedir... - Səxavət Məmməd yazır
24 Iyul 2026 12:03


Bakı -°C

