Azərbaycan Premyer Liqası: "Kəpəz" "Neftçi"yə qalib gəlib
Azərbaycan Premyer Liqasında "Kəpəz" "Neftçi"yə qalib gəlib.
Adalet.az xəbər verir ki, IX turun açılış matçında, Tovuz şəhər stadionunda "ağ-qaralar"ı qəbul edən Gəncə təmsilçisi cari mövsümdə ilk qələbəsini qazanıb - 4:3.
Meydan sahiblərinin heyətində Orxan Əliyev (24, 32) dubl müəllifi olub. Mahamadu Ba (41) və Viktor Braqa (48) isə hərəyə bir dəfə fərqləniblər. Qonaq komandadan Ervin Koffi (4), Ramil Şeydayev (31) və Ağadadaş Salyanski (90+5) adını tabloya yazdırıb.
Bu qələbə sayəsində turnir cədvəlinin sonuncu sırasında qərarlaşan "Kəpəz" hesabına ilk 3 xalı yazdırıb. "Neftçi" isə 5 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər görüşləri oktyabrın 5-6-da keçiriləcək.
Digər Xəbərlər
04 Oktyabr 2024 15:40
Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı
04 Oktyabr 2024 15:35Azərbaycan millisinin hazırlıq planı və səfər proqramı məlum oldu
04 Oktyabr 2024 14:47Konfrans Liqasında I turun nəticələri
04 Oktyabr 2024 14:16Türkiyə millisinin heyəti açıqlandı
04 Oktyabr 2024 11:04