Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı
Azərbaycan cüdoçusu Süleyman Şükürov Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.
Adalet.az xəbər verir ki, milli üzvü 81 kq çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Süleyman Şükürov çıxışına ikinci mərhələdən başlayıb və Mixaylo Siminə (Serbiya) qalib gəlib. Daha sonra o, Senq-Min Kimi (Koreya) məğlub edərək 1/4 finala yüksəlib. Şükürov ardınca Coşua De Lanq (Niderland) ilə üz-üzə gəlib və məğlubiyyətə üzülüb. Cüdoçumuz bürünc medal uğrunda tacikistanlı Muhammad Yusufzoda ilə güləşib. Görüş həmyerlimizin inamlı qələbəsi ilə yekunlaşıb. Şükürov bununla da fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Digər Xəbərlər
04 Oktyabr 2024 19:29
Azərbaycan Premyer Liqası: "Kəpəz" "Neftçi"yə qalib gəlib
04 Oktyabr 2024 15:35Azərbaycan millisinin hazırlıq planı və səfər proqramı məlum oldu
04 Oktyabr 2024 14:47Konfrans Liqasında I turun nəticələri
04 Oktyabr 2024 14:16Türkiyə millisinin heyəti açıqlandı
04 Oktyabr 2024 11:04