Azərbaycan Prezidenti Donald Trampla TRIPP layihəsini müzakirə edib
Xəbər verdiyimiz kimi bu gün Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü olub.
Adalet.az xəbər verir ki, görüşdə ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı razılaşmaların əldə edilməsində Prezident Donald Trampın tarixi rolu vurğulanıb.
Dövlət başçısı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlara toxunub. Artıq regionda sülhün mövcud olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bunun iki ölkə arasında ticarət münasibətlərinin yaranmasında da özünü göstərdiyini bildirib. Bu xüsusda Azərbaycandan Ermənistana neft məhsullarının ixracını, həmçinin idxal edilən taxılın ölkəmiz vasitəsilə Ermənistana çatdırıldığını vurğulayıb.
Dövlət başçısı Zəngəzur dəhlizinin, o cümlədən TRIPP layihəsinin regional bağlantılar baxımından mühüm rol oynadığını qeyd edib.
Digər Xəbərlər
22 Yanvar 2026 18:39
İlham Əliyev Mirziyoyev və Orbanla görüşdü
22 Yanvar 2026 17:10
İlham Əliyev: Sülh Şurası qlobal münaqişələrin həllinə töhfə vermək baxımından önəmlidir
22 Yanvar 2026 16:35
İlham Əliyev Trampla görüşdü - YENİLƏNİB
22 Yanvar 2026 16:27
Qlobal proseslərdə söz sahibi
22 Yanvar 2026 15:06
"Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar" - ABŞ Prezidenti
22 Yanvar 2026 14:50
İlham Əliyev sənədi imzaladı - VİDEO
22 Yanvar 2026 14:22
Prezident Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində - VİDEO
22 Yanvar 2026 14:06


Bakı -°C

