“Ermənistan Trampın “Sülh Şurası”na üzvlük təklifinə müsbət cavab veribsə...”
“Azərbaycanın ABŞ Prezidenti Donald Trampın təklif etdiyi “Sülh Şurasına” qoşulması qərarı doğrudur. Bunun bir neçə səbəbi var. Birincisi, Trampın dəvətinə “yox” demək strateji tərəfdaşlıq yolunda addımlayan iki ölkə arasındakı münasibətlərə mənfi təsir edər, “Sülh Şurası”na üzvlükdən imtina indiki geosiyasi reallıqda Azərbaycanın maraqlarına zidd olardı”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, Donald Tramp ötən ilin oktyabr ayında Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə Azərbaycan Prezidenti İlham Əliyevi də dəvət etmişdi:
“Bununla Tramp Azərbaycanın da Yaxın Şərq sülh prosesində iştirakını arzulayıb. İlham Əliyev Azərbaycan hərbçilərinin Qəzzaya göndərilməyəcəyini söyləsə də, ölkəmiz Qəzzanın yenidən qurulması prosesində iştirakdan imtina etməyib. Üçüncüsü, Donald Tramp “Sülh Şurası”nın Qəzzayla kifayətlənməsini istəmir. O və onun administrasiyası “Sülh Şurası”nın gələcəkdə BMT-ni əvəz edə biləcəyi qənaətindədir. Azərbaycan super dövlət statusuna malik olan ABŞ-nin dünyanın yeni təhlükəsizlik arxitekturasını formalaşması prosesindən kənarda qalmamalıdır. Dördüncüsü, Ermənistan Trampın “Sülh Şurası”na üzvlük təklifinə müsbət cavab veribsə, Azərbaycanın Vaşinqtona mənfi cavab vermək lüksü yox idi. Digər tərəfdən Azərbaycanın müttəfiqləri Türkiyə, Qazaxıstan və Özbəkistan da Trampın təklifinə müsbət cavab veriblər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
22 Yanvar 2026 14:22
Prezident Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində - CANLI
22 Yanvar 2026 13:16
"Naxçıvana yol bu rejimdə işləyəcək"
22 Yanvar 2026 11:56
“Davos forumu dərinləşən beynəlxalq böhran fonunda keçirilir”
22 Yanvar 2026 11:35
Qlobal transformasiyalar fonunda Azərbaycanın prinsipial mövqeyi
22 Yanvar 2026 11:13
“ABŞ Maduronun iqamətgahında bu silahlardan istifadə edib...” – Hərbi ekspert
22 Yanvar 2026 09:30
Şərif Rusiyaya səfər edə bilər
22 Yanvar 2026 01:03
İlham Əliyev Davosda "Vitol" şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTOLAR
22 Yanvar 2026 00:54


Bakı -°C

