08 Sentyabr 2023 10:40
3276
MÜSAHİBƏ

"Azərbaycan Qarabağdakı "seçki şousu" na müdaxilə edərsə..." - Elxan Şahinoğlu ilə MÜSAHİBƏ

Əziz oxucularımız, hazırda Qarabağ məsələsi ilə bağlı hadisələr elə sürətlə inkişaf edir ki, necə deyərlər, az qala nəyin , nə olduğunu anlayamaq bəzən çətinləşir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu müsahibəmizdə çalışacağı ki, bəzi vacib məsələlərə açıqlıq -aydınlıq gətirək.


- Elxan müəllim, 9 sentyabrda Xankəndidə separatçılar özlərinə prezident seçəcəklər! Sizcə, "seçki" baş tuta bilərmi?

- Bütün dünya birmənalı olaraq bilir və anlayır ki, Qarabağ Azərbaycan ərazisidir və orada baş verənlərin birbaşa Bakıya dəxli var. Xankəndidəki qondarma hakimiyyətlə əhali arasında problem yaşanarsa, qarşıdurma olarsa, Azərbaycan müdaxilə etmək haqqı var. Çünki Qarabağdakı əhali Azərbaycan vətəndaşlarıdır.
Azərbaycan ərazisində separatçılar “seçki” adlı şou yaratmağına isə qətiyyən imkan vermək olmaz. Azərbaycan ərazisində hələ də terrorçu rejimin qalması və silahlı ünsürlərin qurumu yaşatmaq üçün “seçki” oyununun qarşı mütləq alınmalıdır. Ultimatum vermək lazımdır. Böyük ehtimalla Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayacaq və xəbərdarlıq mesajı olacaq. Müdafiə Nazirliyinin də belə bir bəyanatı olmalıdır ki, "oyuncaq seçki" keçirilərsə, bölgədə gərginlik artacaq və Azərbaycan hüquqi imkanlarından istifadə edərək bunun qarşısını alacaq.


 

-Son zamanlar Rusiya sülhməramlılarının nəzarəti altında separatçılar səngər qazır, mövqelərimizi atəşə tutur, və sürətlə silahlanırlar. Bunu Qarabağa RS silah daşıdığı yük avtomobillərindən anlamaq olur. Sizcə, yaxın günlərdə Qarabağda növbəti müharibə olacağı söhbətləri nə qədər gerçəkliyi ifadə edir... Yəni, RS-ı Azərbaycan Ordusunun Xankəndidə əməliyyat keçirməsinin qarşısını ala bilərmi? Yaxud onlarla birləşib ordumuza hücum edə bilərlərmi?


-  Mən dəfələrlə müsahibə və çıxışlarımda bildirmişəm ki, erməni separatçılarının sağa-sola atəş açmaları Qarabağdakı Rusiya hərbçilərini narahat etmir, özləri şərait yaradırlar və Moskva Bakının izahat tələblərini qulaqardına vurur.Qarabağda göründüyü kimi təxribatlar hələki davam edir. Nəzarətimizdən kənarda qalan kənd və şəhərlər hələki var. Azərbaycan əslində Qarabağın tamamına nəzarəti özü öz üzərinə götürməlidir. Buna heç kim bizə mane ola bilməz, çünki hüququmuz var. Rusiya hərbi kontingentini 2 ildən sonra bölgədən yola salmalıyıq. Buna da hüququmuz var. 2020-ci ilin noyabr sazişinə görə, müddətin bitməsinə 6 ay qalmış biz istəməsək hərbi kontingent bölgəni tərk etməlidir. Məhz bundan sonra silahlı separatçıları tamamilə tərki-silah edə bilərik. Yəni, hədəfimiz: Rusiya hərbi kontingentini Qarabağdan çıxarmaq, separatçıları və Qarabağı nəzarətə götürmək.


- Son günlər separatçılar Azərbaycanın hava məkanına müdaxilələr edir. Bakı -Füzuli marşrutundan başqa xaricə uçan təyyarələrdə də bunu etdiklərini MN-i təsdiqlədi. Bu loqistik sistemlər doğrudanmı ermənilərə məxsusdur yoxsa sayı 8 mindən çox olan RS-na məxsusdur?


- Bu, təxribat təbii ki, separatçıların həyata keçirəcəyi bir təxribat deyil. Miqyası böyükdür. Bu məsələdə onlara dəstək verənlər var. Bölgədə Rusiya hərbi kontingenti yerləşdiyinə görə, burda da onların əl işi hiss olunur. Bildiyimiz kimi, rus hərbçiləri rüşvətə meyillidirlər. I Qarabağ müharibəsi dövründə pul müqabilində rus hərbçilərindən istifadə etmişdilər. Mümkün variantdır ki, rus hərbçiləri erməni separatçılarının müəyyən təxribatlarında iştirak edirlər. Əslində bütün bunların qarşısını almaq üçün bir çox variantlar var. Məsələn, Xocalı Hava Limanı nəzarətə götürülməlidir. Ümumiyyətlə, separatçıların təxribatları ona xidmət edir ki, Azərbaycan Ordusu münasib günü seçib Xankəndiyə daxil olsun və orada qayda-qanun yaratsın.


- Elxan müəllim suallarımızı əhatəli cavablandırdığınız üçün təşəkkür edirik!


Söhbətləşdi Əntiqə Rəşid