adalet.az header logo
  • Bakı -°C
17 May 2026 10:26
95
SİYASƏT
A- A+

“Azərbaycan rəhbərliyinə təşəkkür edirəm” - Anaklaudia Rossbax

“Azərbaycan rəhbərliyinə önəmli nazirlər görüşünə və ümumilikdə forumun təşkilinə görə təşəkkür edirəm”.

Adalet.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşdə deyib. 

“2026-cı il islahedici tədbirlər baxımından önəmlidir və bir sıra suallara cavab tapmaq üçün imkandır. Bu illər ərzində irəliləyiş də qeydə alınıb. Ölkələrin üçdə ikisi milli siyasətlərini qəbul ediblər”, - deyə Rossbax vurğulayıb.

Onun sözlərinə görə, mənzil sahəsində inkişaf etməkdə olan ölkələrdə evsizlik əsas problemdir. O burada daşqın və quraqlıq kimi iqlim məsələlərinin də rol oynadığını bildirib. 

“Bu iclas birinci onillik ərzində fəaliyyətləti təhlil etmək üçün əla fürsətdir”, - icraçı katib əlavə edib.