Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçtərəfli görüşü keçirilə bilər
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yaxın vaxtlarda Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla üçtərəfli görüşün keçirilməsinin mümkün olduğunu bildirib.
Adalet.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Mirzoyan görüşün təşkili məsələsinin martın 20-də Moskvada Sergey Lavrovla danışıqlarında müzakirə olunduğunu qeyd edib.
Xatırladaq ki, dekabrın 23-də Ermənistan tərəfi Azərbaycanın Laçın dəhlizini qanunsuz blokadaya alması səbəbindən üçtərəfli görüşünü təxirə salmışdı.
Digər Xəbərlər
21 Sentyabr 2026 07:47
”Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə yeni mərhələ başlayıb”
20 Sentyabr 2026 13:38
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
20 Sentyabr 2026 11:14
Ceyhun Bayramov ABŞ-a getdi
19 Sentyabr 2026 11:47


Bakı -°C

