adalet.az header logo
  • Bakı -°C
16 Noyabr 2025 09:05
70
DÜNYA
A- A+

Azərbaycan səfirliyinə raket düşməsi ilə bağlı Moskvadan daha bir açıqlama

Bütün məlumatları təhlil etmədən Kiyevdəki Azərbaycan səfirliyinin binasına dəyən ziyanla bağlı tələsik nəticə çıxarmaq qəbuledilməzdir.

Adalet.az xəbər verir ki, bunu Moskvadakı diplomatik mənbə deyib.

Onun sözlərinə görə, Rusiya raketlərinin Azərbaycan diplomatik nümayəndəliyinə qəsdən hücum etməsi ilə bağlı iddialar tamamilə əsassızdır. Hadisənin hərtərəfli təhlili bir az vaxt aparacaq.

Mənbə vurğulayıb ki, "bunun Rusiya tərəfinin hərəkətləri ilə əlaqəli olduğuna dair tələsik nəticə çıxarmaq və daha da çox Azərbaycan diplomatik nümayəndəliyinin "qəsdən raket zərbəsinə məruz qaldığını" iddia etmək tamamilə qəbuledilməzdir".

Diplomatik mənbə vurğulayıb ki, Kiyevdəki Azərbaycan səfirliyinə dəyən ziyan Amerikanın "Patriot" hava hücumundan müdafiə sistemindən son zamanlar dağıntıların düşməsini göstərir. Diplomatın sözlərinə görə, binaya dəyən ziyanın xarakteri onun nəticələrini təsdiqləyir.