ABŞ-nin Rusiyaya sanksiyaları yetərli deyil - Politoloq
“Rusiyanın Ukraynanın mülki infrastrukturuna qarşı ballistik raketlərlə kütləvi hücumu daha da genişlənir. Görünür, Vladimir Putin Ukrayna qoşunlarının müqaviməti sayəsində qoşunlarının irəliləyişlər əldə etməməsindən belə bir kütləvi hücuma əmr verib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, amma, qarşılıqlı olaraq Ukrayna Rusiyanın iri şəhərlərində neft emalı zavodlarına və enerji infrastrukturuna Neptun və Flamingo raketləri ilə güclü zərbələr endirir:
“Rusiyanın ötən gün Kiyevə hücumuna cavab olaraq Ukraynanın Moskvaya hücum edəcəyi mümkündür. ABŞ ilə Rusiya danışıqları baş tutmur. Çünki, Rusiya öz mövqeyindən və ilkin tələblərindən qismən geri çəkilsə də, Ukraynanın onun nəzarətinə verilməsini tələb edir. Ukraynanın Rusiyanın orbitinə geçməsi isə, Şərqi Avropanın Rusiyanın nəzarətinə keçməsi deməkdir. Qərblə Rusiya arasında diplomatik danışıqlar baş tutmadığından hərbi əməliyyatlar intensiv şəkildə davam edəcək. Rusiyanısanksiyalar ilə deyil, Ukraynaya hərbi dəstəyi artırmaqla, yeni ballistik raketlər verməklə məğlub etmək olar. Ona görə də Qərbin sanksiyalar paketi effektli deyil. Nə qədər ki, Ukraynanın hava məkanı bağlanmır və yetərincə PATRİOT və ballistik raketlər verilməyincə sürünən müharibə davam edəcək. Rusiyanı yalnız cəbhə xəttində məğlub etmək və qoşunlarını Ukraynadan vurub çıxarmayınca, Qərbə qarşı təhdidlərini davam etdirəcək”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
15 Noyabr 2025 09:22
Ukraynaya göndərməli olduqları yardımı bu ölkəyə ayıracaqlar
15 Noyabr 2025 08:38
Çinin şok qızıl əməliyyatı: 5 min ton...
15 Noyabr 2025 08:34
"Ukraynadakı Azərbaycan səfirliyinə Rusiya deyil, Amerika raketi atılıb" - Moskvadan iddia
15 Noyabr 2025 08:31


Bakı -°C

