“İnsanın yaddaşdan və məqsəddən qaçdığı hər yer indidir”
“Şou insanın səthi duyğularına xitab edir. O duyğular hamımızda var, amma biz heç bir ciddi prosesdə o duyğulara güvənmirik, istifadə etmirik. Psixi problemimiz yoxdursa, əlbəttə ki. Ciddi məsələlərdə insan məntiqlə, ağılla, təcrübə ilə idarə olunan dərin duyğulara arxalanır. O duyğulara ki, kitablarla nəsildən-nəsilə ötürülür”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib.
O bildirib ki, şou kitaba düşmək şansı olmayan duyğuların istehlak mühitidir:
“Bu mühitdə heç nə qalıcı deyil. Ona görə də istər siyasi şou olsun, istər mədəni, qalıcılığı olmadığı üçün şou özünü fasiləsiz istehsal etməlidir. Nəticə yaratmaq gücü olmadığından özünü yaddaşa hesablamamalıdır. Şounun hər növü indi üçündür. Onun dünəni unudulub, sabahı isə olmayacaq. Mədəniyyət və siyasət şou üzərində qurulanda dəyər yaratmaq gücünü itirir. İndi deyilən bir zaman kəsiyi yoxdur. İndini yaddaşsızlıq və məqsədsizlik yaradır. İnsanın yaddaşdan və məqsəddən qaçdığı hər yer indidir. O yerin adı şoudur. İstər siyasi şou olsun, istər mədəni”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
29 Dekabr 2025 13:01
Rəşat Kəsəmənli: “Kaş mən də bu sənətdə atam kimi iz qoya bilim”
29 Dekabr 2025 11:00
HƏMRƏYLİK GÜNÜ MİLLİ BİRLİK, VƏTƏNƏ BAĞLILIQ HİSSLƏRİNİ ÖZÜNDƏ TƏCƏSSÜM ETDİRİR
27 Dekabr 2025 11:48
“Bu gün şair, artist, yazıçı, filosof, heykəltaraş, rejissor orden-medal, fəxri ad davası edirsə...”
25 Dekabr 2025 15:48


Bakı -°C

