Manaf Cəlilzadə Baş Prokurorluğa çağırıldı
Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb.
Adalet.az xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb.
Bildirilib ki, Cəlilzadə Manaf Məmmədalı oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.
O, bu il noyabrın 24-də 14:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.
Manaf Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il 15 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Sentyabrın 19-da ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Ərəstun Oruclu barəsində Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Qeyd olunub ki, o, fevralın 17-də “Youtube” platformasında Diktator TV” adlı kanalda Süleymanlı Süleyman və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar edən canlı yayım açıb və daha sonra 2023-2025-ci illərdə həmin platformadan 19 müxtəlif video hazırlayıb.
Təqsirləndirilən şəxsə qiyabi icraatın açıla bilcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilib.
Bildirilib ki, çağırışa gəlmədiyi halda barəsində qiyabi icraat açıla, qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər.
Digər Xəbərlər
06 Mart 2026 10:17
1 vəkil kollegiyadan xaric edildi - 3-ü cərimələndi
05 Mart 2026 15:55
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
05 Mart 2026 11:09
Qənimət Zayidovla bağlı qərar verildi
04 Mart 2026 18:34
Ramil Mənsimov Azərbaycana gətirildi
03 Mart 2026 13:15
Tələbə arvadını və körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edildi
03 Mart 2026 12:06
Şəxs yalnız məhkəmə hökmü qüvvəyə mindikdən sonra məhkum sayıla bilər - Ali Məhkəmə
02 Mart 2026 12:23
Özünü Qabil Məmmədovun xalası qızı kimi təqdim edən şəxsə cəza istənildi
24 Fevral 2026 09:26


Bakı -°C

