Qənimət Zayidovla bağlı qərar verildi
Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Qənimət Zayidovun cinayət işi üzrə qiyabi məhkəmə hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Adalet.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, Qənimət Zahidovun müdafiəçisi tərəfindən verilən şikayət təmin olunmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qənimət Zayidova qiyabi hökm oxunub.
Hökmə əsasən, o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Zayidov Qənimət Səlim oğlu Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
İstintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib. Bakı şəhər Səbail rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İstintaqdan gizlənən təqsirləndirilən şəxsə ittiham elan edilməsi üçün 4 avqust 2018-ci il tarixdə Fransa Respublikasının səlahiyyətli orqanlarına müraciət olunub, lakin tutulması və ekstradisiyası mümkün olmayıb.
İttihama görə, Qənimət Zayidov 4 iyul və 15 iyul 2018-ci il tarixlərində “Youtube” platformasında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar yayıb.
Digər Xəbərlər
08 May 2026 11:52
İlk nikah pozuldu, ikinci nikah etibarlı sayıldı - Ali Məhkəmənin qərarı
06 May 2026 11:44
“Azərbaycanda mediasiya institutunun inkişafı: Mediatorlar üçün silsilə təlimlərə start verilib”
06 May 2026 10:13
Baş Prokurorluqdan Asif Nəsirlinin ölümü ilə bağlı AÇIQLAMA
01 May 2026 12:56
Azərbaycanda bir vəkilə töhmət verildi - Digərlərinə isə...
01 May 2026 10:45
Məhkəmədə borc verdiyinizi necə sübut edə bilərsiniz? - Hakimdən açıqlama
28 Aprel 2026 15:12
Piyadanın vurulması ilə nəticələnən yol qəzası üzrə HÜQUQİ MÖVQE
27 Aprel 2026 12:24
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar - 14 ilədək həbs
24 Aprel 2026 09:58


Bakı -°C

