İlk nikah pozuldu, ikinci nikah etibarlı sayıldı - Ali Məhkəmənin qərarı
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası etibarsız nikahın sonradan etibarlı hesab olunması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Adalet.az xəbər verir ki, iş materiallarına görə, iddiaçı atası ilə cavabdeh arasında 3 aprel 1976-cı ildə bağlanmış nikahın etibarsız sayılmasını tələb edib. O bildirib ki, atası həmin vaxt onun anası ilə 15 sentyabr 1974-cü ildə bağlanmış və hələ qüvvədə olan nikahda olub. İddiaçının valideynlərinin nikahı yalnız 19 iyun 2004-cü ildə pozulub.
Birinci instansiya məhkəməsi iddianı təmin etsə də, apellyasiya instansiyası bu qərarı ləğv edib və iddianı rədd edib. Məhkəmə qeyd edib ki, həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinə əsasən, nikahın bağlanmasına mane olan hal sonradan aradan qalxarsa, məhkəmə həmin nikahı etibarlı hesab edə bilər.
Apellyasiya məhkəməsi hesab edib ki, iddiaçının valideynlərinin nikahı 2004-cü ildə pozulduqdan sonra mübahisələndirilən nikahın qarşısındakı hüquqi maneə aradan qalxıb. Buna görə də iddiaçının atası ilə cavabdeh arasında 1976-cı ildə bağlanmış nikah etibarlı hala gəlib.
Məhkəmə həmçinin vurğulayıb ki, həmin nikahın etibarsız sayılması uşaqların hüquqlarına, o cümlədən vərəsəlik hüququna təsir etmir.
Kassasiya instansiyası da bu mövqe ilə razılaşıb və iddiaçının kassasiya şikayətini təmin etməyərək apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Digər Xəbərlər
06 May 2026 11:44
“Azərbaycanda mediasiya institutunun inkişafı: Mediatorlar üçün silsilə təlimlərə start verilib”
06 May 2026 10:13
Baş Prokurorluqdan Asif Nəsirlinin ölümü ilə bağlı AÇIQLAMA
01 May 2026 12:56
Azərbaycanda bir vəkilə töhmət verildi - Digərlərinə isə...
01 May 2026 10:45
Məhkəmədə borc verdiyinizi necə sübut edə bilərsiniz? - Hakimdən açıqlama
28 Aprel 2026 15:12
Piyadanın vurulması ilə nəticələnən yol qəzası üzrə HÜQUQİ MÖVQE
27 Aprel 2026 12:24
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar - 14 ilədək həbs
24 Aprel 2026 09:58
Dövlət Xidmətinin iki şöbə rəisi həbs olundu
23 Aprel 2026 21:20


Bakı -°C

