Çimərliklərdə diqqət olunmalı məqamlar haqda məlumatlar verildi - FOTOLAR
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən çimərliklərdə istirahət edən vətəndaşlar arasında “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirilib.
Adalet.az xəbər verir ki, tədbirlərin keçirilməsində məqsəd əhaliyə çimərliklərdə təhlükəsizilik qaydaları barədə müvafiq biliklərin aşılanması olub.
Belə ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı, Sumqayıt, Cənub və Şimal Regional mərkəzləri tərəfindən müvafiq olaraq Bakı şəhəri və Abşeron yarımadası, Sumqayıt şəhəri, Lənkəran şəhəri və Xaçmaz rayonu ərazisində yerləşən çimərliklərdə sularda təhlükəsizlik qaydalarına dair silsilə maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə əməkdaşlar tərəfindən sularda təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilərək sözügedən qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, qadağanedici nişanlara, xilasedicilərin çağırış və tələblərinə, sanitar-gigiyena qaydalarına əməl olunması, uşaqların nəzarətsiz qoyulmaması və zərəçəkmişlərə ilkin yardımın göstərilməsinə dair söhbətlər aparılıb.
Vətəndaşlara suda baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün görülməli olan zəruri tədbirlər barədə tövsiyələr verilib, maarifləndirici çap materialları paylanılıb.
Digər Xəbərlər
23 Avqust 2026 21:17
Füzulidəki məktəbin direktoru Prezidentlərin qarşısında çıxış etdi - VİDEO
23 Avqust 2026 13:30
Şükufə Yusupovanın vəziyyəti ilə bağlı açıqlama
23 Avqust 2026 13:23
Sabah 40°-dək isti olacaq
22 Avqust 2026 12:31
FHN Bilgəh Kardioloji Sanatoriyasında təlim keçirdi - VİDEO
21 Avqust 2026 23:39
Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO
21 Avqust 2026 18:00
Samuxda qarayara ilə bağlı dezinfeksiya işləri aparıldı
21 Avqust 2026 15:38
Növbəti köç: Bu dəfə Xankəndi, Xocalı və Ağdərəyə -YENİLƏNİB
21 Avqust 2026 12:41


Bakı -°C

