... Mən sizi çox istəyirəm, çünki siz də məni çox istəyirsiniz... Deyirlər ki, insan sevincli və kədərli günlərdə tanınır! Bu fikrə heç kimin şübhəsi ola bilməz... Mənim də sevincli və kədərli günlərim az olmayıb. Və həmin günlərdə mənə yaxın olan insanların hamısın yaxşı tanımışam! Tanımışam ki, gözlərimin yağını yedirtdiyim, canımı verdiyim, hətta sonuncu tikəmi ona bağışladığım bəzi adamlar çürük çıxıb!
Allaha and olsun ki, belərindən qətiyyən inciməmişəm! Demişəm ki, insandı, yəqin başı qatışıq olub! Amma mən həmişə onların yanında olmuşam ha! Yetmiş illik yubileyimlə əlaqədar Mətbuat Şurasında çox möhtəşəm tədbir keçirildi.Və bir daha əmin oldum ki, əsl dostlarım məni çox istəyirmiş... Bu əsl dostlardan biri də uzun illər isti münasibətimiz olan, 1992- ci ilin mayın 13- də bir yerdə Laçına getdiyimiz, şair - publisist, Mətbuat Şurasının sədri Rəşad Məciddir!
Elə tədbirə gələnlər də yaxın dostlar idi.Hamısı ürək sözlərini səsləndirdilər və məni qaldırıb göyün yeddinci qatına qoydular! Bir daha bu səmimi münasibətə görə, Mətbuat Şurasının sədri Rəşad Məcidə, toplantıda iştirak edən şair Vaqif Bəhmənliyə, "7 gün" qəzetinin baş redaktoru Emin Eminbəyliyə, Türkiyə Universitetlərinin professoru Qafar Çaxmaqlıya, tələbə yoldaşım, jurnalist, siyasi icmalçı Elşad Həsənova, sabiq prokuror Kamran Əhmədova, məşhur jurnalist Əminə Yusifqızına, Seyid Əbdürrəhimə, Mətbuat Şurasının əməkdaşı, istedadlı yazar İlqar Tağıyevə, köhnə " Ədalət" cilər Asif Talıboğluna, Nizami Allahyarova, Zaur Vəliyevə, İqbal Aydınoğluna minnətdarlığımı bildirirəm.
Eləcə də mənim təbrik edən millət vəkillərinə , ayrı-ayrı sənət adamlarına, sadə insanlara təşəkkür edirəm. Və bir təşəkkür də Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlıya və Birliyin katibi Musa Nəbioğluna, Birliyin sədr müavini Altay Məmmədliyə, aşıq Şəhriyara düşür.
Çünki onlar məni sevgilə qarşıladı və mükafatlandırdı. Həm də minnətdarlığımı mənim barədə əziyyət çəkib gözəl yazılar qələm alan BDU - nun professoru, mənim sevimli müəllimim Cahangir Məmmədliyə, Emin Eminbəyliyə, Daşdəmir Əjdəroğluna, Əntiqə Rəşidə, Asif Talıboğluna, Əlirza Xələfliyə bildirmək istəyirəm! Hətta məni təbrik etməyib , çürük çıxan " dost" lara da təşəkkür edirəm. Çünki onları da bir daha yenidən tanıdım.
Və burda böyük Ramiz Rövşən iki misrası yada düşür:
... Dostları çevirdim astar üzünə,
Nə yaxşı ki düşmən çıxan olmadı...


Bakı -°C
