Baş Prokurorluqdan Asif Nəsirlinin ölümü ilə bağlı AÇIQLAMA
Milli Onkologiya Mərkəzində törədilən partlayışla əlaqədar ağır xəsarətlər almış həmin tibb müəssisəsinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Nəsirli mayın 5-də saat 21:45-də müalicə aldığı xəstəxanada vəfat edib.
Adalet.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
"Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik.
Faktla bağlı Yasamal rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Sosial şəbəkə istifadəçiləri və media nümayəndələrindən xahiş edirik ki, qeyd olunan hadisə ilə bağlı məlumatları yayarkən yalnız rəsmi mənbələrə istinad olunsun, təqdim edilən informasiyanın düzgünlüyü müvafiq dövlət qurumları ilə dəqiqləşdirilmədən ictimailəşdirilməsin. Xüsusilə vurğulayırıq ki, istintaq sirrini təşkil edən məlumatların qorunması və yayılmasının qarşısının alınması, eləcə də cinayət təqibi iştirakçılarının hüquq və qanuni mənafelərinə hörmətlə yanaşılması qanunun və peşəkar informasiya mübadiləsinin əsas hüquqi və etik tələbidir.
Bu baxımdan, təsdiqini tapmamış, təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatların, habelə cəmiyyətdə çaşqınlıq və əsassız narahatlıq yarada biləcək şayiə xarakterli paylaşımların yayılmasından çəkinilməsi hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən prosessual tədbirlərin maneəsiz şəkildə davam etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir", - deyə məlumatda qeyd olunub.
Digər Xəbərlər
15 Iyul 2026 10:22
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya ediləcək
14 Iyul 2026 18:50
Azərbaycan bu şəxsi Türkmənistana təhvil verdi
14 Iyul 2026 18:42
Arayikgilin növbəti apellyasiya məhkəməsi oldu
11 Iyul 2026 10:28
Monteneqrodakı qətl istintaqında Azərbaycan da iştirak etdi
07 Iyul 2026 19:51
Arayikgilin növbəti apellyasiya məhkəməsi oldu - FOTOLAR
06 Iyul 2026 11:39
Kassasiya şikayətlərinin verilmə müddətlərinin optimallaşdırılması tövsiyə edildi
06 Iyul 2026 11:32
Baş Prokurorluqdan Fatimə Kərimovanın qətli ilə bağlı AÇIQLAMA
03 Iyul 2026 09:26


Bakı -°C

