Ramil Mənsimov Azərbaycana gətirildi
"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Mənsimov Ramil Yaqub oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Monteneqro Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Baş Prokurorluqdan Adalet.az-a verilən məlumata görə, Ramil Mənsimovun mənimsəmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilibdir.
R.Mənsimovun Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Baş Prokurorluq tərəfindən cinayət işi üzrə axtarışda olan digər şəxslərin yerinin müəyyən edilməsi və onların ölkəmizə gətirilməsi istiqamətində zəruri əməliyyat-axtarış və hüquqi tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Digər Xəbərlər
07 Aprel 2026 11:07
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirildi
06 Aprel 2026 11:46
Kamran Əliyev Nizami rayonunda vətəndaşları qəbul edəcək
31 Mart 2026 13:55
"Daşkəsəndə zorakılıq iddiası üzrə istintaq davam edir" - Baş Prokurorluq
17 Mart 2026 15:39


Bakı -°C

