adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Dekabr 2021 11:19
1504
ŞOU-BİZNES

Azərbaycan tamaşaçısının da sevdiyi dünya ulduzu – “CİMİ”nın SON HALI

Hindistanın məşhur kinoaktyoru, 350-dən çox filmdə çəkilməsinə baxmayaraq, hamımızın yaddaşında Cimi kimi qalmış Mithun Çakroborti son görüntüsü yayılıb.

 

Adalet.az xarici mediaya istinadən xəbər verir ki, “Cimi”nin kəskin şəkildə dəyişməsi onun xəstə olduğu ehtimalını ortaya qoyub. 71 yaşını qeyd edən görkəmli hind aktyoru, "Qızıl lotos” və "Filmfire” mükafatları laureatı Mithun Çakraborti bu gün də kinosevərlərin pərəstiş etdiyi aktyorlardandır. Əsil adı Qouranqdır.

 

Qeyd edək ki, ingilis nəşrlərinin yazdığına görə, tale ulduzunun parladığı günlərdən birində, artıq məşhurluğunun zirvəsində olan Çakraborti zibil qutusundan körpə səsinin gəldiyini eşidir və zibilliyə atılmış körpəni görür. Mithun uşağı heç düşünmədən evinə aparır. Artıq o zamanlar ailəli və 3 oğul atası olan Mithun körpə qızı Dişani adlandırır və onu övladlığıa götürür.

Bu gün 16 yaşlı gözəllər gözəli Dişani atasının və 3 şahzadə qardaşının sevimli bacısıdır. Mithun onu özü ilə bütün tədbirlərə aparır və hər zaman qızına olan xüsusi sevgisini nümayiş etdirir.

Bir insan sevgisinin bir insan taleyini necə dəyişdirməsinin bariz nümunəsidir Mithunun Dişantisi. Dünya şöhrətli ulduz olmasaydı bu qızı hansı tale gözləyərdi kim bilir.

 

Əntiqə Rəşid