Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir - FOTOLAR

Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Quru Qoşunlarının 1-ci Ordu komandiri ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
MN-dən Adalet.az-a verilən məlumata görə, görüşdə Türkiyə ilə hərbi sahədə əməkdaşlığın cari vəziyyətinə və gələcəkdə daha da genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər hər iki qardaş ölkənin hərbi qulluqçularının bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə müasir texnoloji yeniliklərin tətbiqi ilə keçirilən birgə təlimlərin əhəmiyyətini xüsusi vurğulayıb və maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.
Türkiyə nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində, həmçinin Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun Hərb Oyunları Mərkəzini ziyarət edib.
Mərkəzdə təşkil edilən görüşdə brifinqlər təqdim olunub və qarşılıqlı təcrübə mübadiləsi məqsədilə geniş müzakirələr aparılıb.
Digər Xəbərlər

Sən Azərbaycan polisisən! - VİDEO

Son bir ildə 2599 qohum nikahı qeydə alındı

Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR

Azad edilmiş ərazilərdə daha 440 mina aşkarlandı

Fərid Əsgərova general-mayor rütbəsi verildi

Üç qurum “Azərbaycanfilm” kinostudiyasındakı partlayışla bağlı məlumat yaydı

Polis ən ağır günlərdə belə dövlətin və xalqın yanında olub
