"Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir" - İlham Əliyev
Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev bunu Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib.
Ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfərin həyata keçirildiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələri daha da gücləndirmək üçün qarşılıqlı istəyimizi əks etdirir”.
Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi vurğulayıb.
“Keçən il onun təməlinin qoyulmasında birgə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə verdiyi bu hədiyyə xalqlarımızın dostluğunun və mənəvi yaxınlığının daha bir sübutudur”, - deyə dövlətimizin başçısı əlavə edib.
Digər Xəbərlər
08 Oktyabr 2026 11:09
"Mərkəzi Asiyanı Azərbaycanla və beynəlxalq bazarlarla birləşdirmək üçün çox vacibdir" - Dövlət başçısı
08 Oktyabr 2026 11:05
Azərbaycanda Mərkəzi Asiya kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir
08 Oktyabr 2026 11:04
"Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyət xeyli genişlənib" - Prezident
08 Oktyabr 2026 11:00
Prezident MDB dövlətlərinin başçılarının görüşündə - FOTOLAR
08 Oktyabr 2026 10:52
"Azərbaycanın C5-ə qoşulması əməkdaşlıq perspektivləri açır" - Berdiməhəmmədov
08 Oktyabr 2026 10:12
Berdiməhəmmədov İlham Əliyevi "Avaza" Kompleksində qarşıladı - FOTOLAR
08 Oktyabr 2026 09:27
Prezident Türkmənistana getdi
07 Oktyabr 2026 20:51


Bakı -°C

