adalet.az header logo
  • Bakı -°C
08 Oktyabr 2026 11:16
63
DÜNYA
A- A+

Ticarət həcmi 20 milyard dollara qədər artırılsın - Tokayevdən təklif

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev regiondaxili ticarət həcminin 20 milyard dollara qədər artırılmasına yönəlmiş birgə fəaliyyət planının qəbul edilməsini təklif edir.

Adalet.az xəbər verir ki, bu barədə Tokayev Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə region ölkələri arasında ticarətin həcmi təxminən 13 milyard dollar təşkil edib:

"Bu, dövlətlərimizin ümumi ticarət dövriyyəsinin təxminən 8 %-dir. Buna görə də hökumətlərə bu göstəricinin ən azı 20 milyard dollara çatdırılması və qarşılıqlı ticarətin payının ardıcıl surətdə artırılması üçün birgə fəaliyyət planı hazırlamağı və qəbul etməyi tapşırmağı təklif edirəm".