Azərbaycan Ukrayna ilə memorandum imzalayacaq
İtkin düşmüş şəxslərlə bağlı təcrübə və bilik mübadiləsini təşviq etmək məqsədilə Ukraynanın müvafiq dövlət qurumları ilə əməkdaşlıq memorandumunun hazırlanması və imzalanması planlaşdırılır.
Adalet.az xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin Düşmüş Şəxslər Məsələsinin Həllində Müasir Yanaşmalar Və Əməkdaşlığın Gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşı Ceyhun Rzayev deyib.
O bildirib ki, bu məsələ ilə bağlı ilkin müzakirələr 2025-ci il dekabrın 10-da Kiyevdə Beynəlxalq İnsan Hüquqları Konfransı çərçivəsində keçirilib:
“Eyni zamanda Azərbaycan Respublikasının xarici işlər nazirinin tövsiyəsi əsasında Dövlət Komissiyasının nümayəndə heyəti 2025-ci ilin aprelində Bosniya və Herseqovinaya səfər edib.
Səfərin məqsədi Bosniya və Herseqovinanın İtkin Şəxslər İnstitutu ilə ikitərəfli əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək və itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi sahəsində beynəlxalq təcrübəni öyrənmək olub.
Bu təcrübə axtarış, qazıntı və eksqumasiya işləri baxımından faydalı hesab olunur. Bu prosesin nəticəsi olaraq, 2025-ci il oktyabrın 9-da Bosniya və Herseqovinanın İtkin Şəxslər İnstitutu ilə Dövlət Komissiyası arasında əməkdaşlıq memorandumu imzalanıb”.
Digər Xəbərlər
30 Iyun 2026 12:02
Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir
30 Iyun 2026 11:29
"Maliyyə sistemi məsuliyyətli idarəetmə prinsipləri əsasında fəaliyyət göstərir” - Nazir
30 Iyun 2026 11:02
Bu gün Milli Məclisin növbəti iclası keçirilir
30 Iyun 2026 10:18
“Azərbaycan İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırmalıdır”
30 Iyun 2026 10:10
Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək - Politoloq
30 Iyun 2026 09:30
"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş kimi..."
30 Iyun 2026 09:14
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib - FOTOLAR
29 Iyun 2026 20:10


Bakı -°C

