Azərbaycan Ukraynaya 40 ton avadanlıq göndərib
Ukrayna Energetika Nazirliyi Azərbaycanın ölkənin dəmir yollarının işini dəstəkləmək məqsədilə təxminən 40 ton avadanlıq təhvil verdiyini bildirib.
Adalet.az xəbər verir ki, nazirlik bu barədə “X” hesabında paylaşım edib.
Bildirilib ki, Ukraynanın Energetika Nazirliyinin habı vasitəsilə Ukrayna dəmiryolçularının işini gücləndirməyə və kritik infrastrukturu dəstəkləməyə kömək etmək məqsədilə Azərbaycandan regional dəmir yolu bölməsinə təxminən 40 ton avadanlıq çatdırılıb.
“Demək olar ki, hər gün habdan Ukraynanın müxtəlif regionlarına avadanlıqlar yola düşür. Bu, Rusiyanın davamlı hücumları təhlükəsi altında həm energetika sektorunun, həm də digər kritik infrastrukturun fəaliyyətini davam etdirməyə kömək edir”, - paylaşımda qeyd olunub.
Nazirlik həmçinin Azərbaycana dəstəyinə görə təşəkkür edib.
Digər Xəbərlər
29 Iyul 2026 13:11
Həkimlərin sertifikasiyası ilə bağlı yeniliklər olacaq
29 Iyul 2026 12:55
Ayın 30-u güclü külək əsəcək, 39 dərəcə isti olacaq
29 Iyul 2026 11:35
“SİMA İmza”nın üztanıma həlli kirayə mənzil seçimində tətbiq olunacaq
29 Iyul 2026 11:01


Bakı -°C

