"Peyğəmbər rəhmət öyrətmişdi, İran isə..."
"Peyğəmbər rəhmət öyrətmişdi, İran isə lənət öyrədir. Hətta ona fiziki, mənəvi işgəncə verən dövrünün kafirləri haqqında: "İlahi, onlar cahildirlər, nə etdiklərini bilmirlər. Onları hidayət et, bağışla..." deyən Peyğəmbərin ümmətinin parçası olduğunu iddia edənlər adi sosial şəbəkə mübahisəsində belə bir-birini lənətləyir, söyür, böhtan atır, ağır ifadələrlə təhqir edir...".
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
Onun sözlərinə görə, Peyğəmbər buyurur ki, lənət bir xaltadır, haqsız yerə etdiyiniz lənətlər qayıdıb öz boğazınıza keçir:
"Qiyamət günü də həmin lənət xatlaları ilə səhnəyə gətiriləcəksiniz.
Rəhmət, ülfət Peyğəmbərinin mərhəmət yolunu təfriqə, nifrət, ədavət yoluna çevirənlər daha təhlükəlidir cəmiyyət üçün. Bu gün dindar, ilahiyyatçı, "aşiq" qılıfında gizlənmiş dini dəyərləri təhqir edən yüzlərlə xarici alət var. Ölkədə açıq və gizli fəaliyyətdə olan bu cür İran xadimləri media və sosial şəbəkələrdə aktiv olanlar üçün gizli deyil. Əhali arasında məzhəb pərdəsi altında qütbləşmə yaradır, ikitirəlik salır, inanclar arasında ədavət yayır və ən əsası isə xarici məkrli dairələrin hibrid savaşının sadiq əsgərinə çevrilirlər. Cəmiyyət belələrinin yaydığı pandemiyadan qorunmalıdır. Bunun üçün də virusun mənbəyi qurudulmalıdır".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
02 Noyabr 2026 17:45
Bu yolda hərəkət məhdudlaşdırılacaq
02 Noyabr 2026 17:40
Nazirin yeni müşaviri kimdir? - Dosye
02 Noyabr 2026 17:36
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub
02 Noyabr 2026 16:00
80 aptek yoxlanıldı, 24-də qanun pozuntusu aşkarlandı
02 Noyabr 2026 15:29
Bu şəxslər üçün gedişhaqqı cəmi 1 qəpik olacaq - Bu tarixlərdə
02 Noyabr 2026 15:18
Müştəri 11 qəpiyə görə şikayət etdi - “Megastore” 4000 manat cərimələndi
02 Noyabr 2026 12:27
“Zorakılığa məruz qalmış uşaq zorakı olacaq deyə...”
02 Noyabr 2026 12:17


Bakı -°C

