Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTOLAR
Azərbaycan Universitetində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri şair, esseist Şəhriyar Del Gerani, şair, tərcüməçi, esseist Qismət Rüstəmov və yazıçı Fəxri Uğurlu ilə tələbələrin görüşü təşkil olunub. Humanitar və sosial elmlər fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən görüşdə universitetin rəhbərliyi, professor- müəllim heyəti və tələbələr iştirak edib.
Tədbiri fakültənin dekanı, dosent Səfər Məmmədov açaraq görüşün bədii yaradıcılıqla maraqlanan və məşğul olan tələbələr üçün əhəmiyyətini vurğulayıb, qonaqları təqdim edib. Onların müasir Azərbaycan ədəbiyyatının ən yaxşı qələm sahiblərindən olduqlarını diqqətə çatdırıb.
Tədbir Səfər Məmmədovun moderatorluğunda, qarşılıqlı fikir mübadiləsi və müzakirə formatında davam edib. Müasir ədəbiyyatın problemləri və müraciət etdiyi mövzulardan bəhs edilib, qonaqlar ədəbi proses, həmçinin yaradıcılıqları barədə tələbələri maraqlandıran sualları cavablandırıblar.
Fakültənin tələbələri Mehri Məmmədli, Günay Şükürova, Cansu Nəzərova, Solmaz İsgəndərli, Tamara Həsənova, Nadir Hüseynov, Təbriz Abbasov və Sevinc Türbəndəyeva söz alaraq Şəhriyar Del Gerani və Qismət Rüstəmovun sevilən şeirlərini təqdim ediblər.
Qonaqlar da öz əsərlərindən nümunələr oxuyub, imzalı kitablarını tədbir iştirakçılarına hədiyyə ediblər.
Digər Xəbərlər
24 Oktyabr 2026 17:12
İlyas Əfəndiyevin xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi
24 Oktyabr 2026 17:10
XII BEYNƏLXALQ BAKI KİTAB SƏRGİSİ — DÜNYANI BİRLƏŞDİRƏN SÖZ, ƏDƏBİYYAT VƏ MƏNƏVİ DƏYƏRLƏR
24 Oktyabr 2026 17:06
Ayaz Arabaçının ŞEİRLƏRİ
23 Oktyabr 2026 20:22
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23 Oktyabr 2026 16:11
“Bu gün islam dünyasında baş verənlərin bir adı var: Cəhalətin Renessansı!”
22 Oktyabr 2026 12:57
Özü taleyindən gözəl sənətkar - Əntiqə Kərimzadə yazır…
21 Oktyabr 2026 18:24
Havalı Alı - Rüstəm Dastanoğlunun yeni hekayəsi
21 Oktyabr 2026 13:39


Bakı -°C

