Azərbaycan vasitəsilə Ermənistana alüminium və taxıl göndərildi
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.
Adalet.az-ın məlumatına görə, 10 vaqondan ibarət, ümumi çəkisi 700 ton olan taxıl yükləri yola salınıb. Bu gün həm də 2 vaqondan ibarət, ümumi çəkisi 133 ton olan alüminium məhsulları da tranzit qaydasında daşınır. Alüminium yükləri bu marşrut üzrə ilk dəfə göndərilir.
Vaqonlar Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.
Digər Xəbərlər
30 May 2026 09:32
“Rusiya Ermənistana qazın qiymətlərini qaldırmağı planlaşdırır...”
29 May 2026 12:11
Qara dənizin qazı Türkiyəyə 2 milyard dollar qazandırdı
29 May 2026 12:10
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və gübrə göndərildi - YENİLƏNİB + FOTOLAR
28 May 2026 12:54
Azərbaycandan tranzit keçməklə Ermənistana 67 ton un göndərilib
27 May 2026 12:06
“AzerGold” qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başladı
27 May 2026 11:07
"Elə Prezidentin müşavirədə vurğuladığı əsas hədəf də məhsuldarlığın artırılmasıdır"
26 May 2026 12:02
Azərbaycanda qadınların daha tez pensiyaya çıxması təklif olunur
25 May 2026 22:00


Bakı -°C

