adalet.az header logo
  • Bakı -°C
19 Fevral 2026 19:05
131
SİYASƏT
A- A+

"Azərbaycan və Ermənistan artıq dostlaşıblar" - Tramp

Biz, həqiqətən yaxşı iş görürük və bizimlə olan liderlərdən bəziləri mənə çox kömək etdi.

Adalet.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında deyib.

Tramp prezidentliyi dövründə 8 münaqişəyə son qoyduğunu deyib: “Düşünürəm ki, doqquzuncu da gələcək. Düşünürdük, o, ən asanı olacaq, amma daha çətin oldu. Amma müharibə ilə nəyin asan, nəyin çətin olduğunu heç vaxt bilmirsən. Bizim əla münasibətlərimiz olub və mən bir çox insanla dostlaşmışam. Burada olduğunuz üçün minnətdaram. Bunlar əla insanlardır. Bunlar əla liderlərdir”.

Tramp İlham Əliyev və Paşinyan haqqında isə bunları deyib:

"Otuz illik mübarizə və hər şeyi həll etdik. Çox sağ olun. Bu, əla bir şey idi. Düşünürəm ki, onlar dostlaşıblar. Bunu deməliyəmmi, bilmirəm, amma düşünürəm ki, bu belədir."