Azərbaycan və Gürcüstan arasında təcrübə mübadiləsi aparılıb
Bakıda Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Mətbuat Xidmətinin və Gürcüstan Müdafiə Nazirliyinin Strateji Kommunikasiyalar və İctimaiyyətlə Əlaqələr Departamentinin nümayəndələri arasında görüş keçirilib.
Adalet.az MN-ə istinadən xəbər verir ki, qonaqlara müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası ilə bağlı ətraflı məlumat verilib, Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən 44 günlük Vətən Müharibəsi və sonrakı hərbi əməliyyatlar zamanı dezinformasiyalara qarşı aparılan mübarizə tədbirlərindən danışılıb.
Sonra nümayəndə heyətinə Müdafiə Nazirliyi tərəfindən kommunikasiya, o cümlədən media və ictimaiyyətlə əlaqələr sahəsində görülən işlərlə bağlı brifinq təqdim edilib.
Görüşdə, həmçinin hər iki ölkə ordularında strateji kommunikasiya işinin təşkilinə dair ətraflı fikir mübadiləsi aparılıb, hərbi informasiya sahəsində birgə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Digər Xəbərlər
27 Sentyabr 2026 00:00
Azərbaycanda Anım Günüdür
26 Sentyabr 2026 20:30
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
26 Sentyabr 2026 19:45
Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb
26 Sentyabr 2026 19:20
Prezident və ailəsi "Formula 1"də - FOTOLAR + YENİLƏNİB
26 Sentyabr 2026 16:46
XRİTDX əməkdaşlarının peşə bayramı münasibətilə tədbirlər keçirilib
26 Sentyabr 2026 12:37
FHN Formula 1 üçün təhlükəsizlik tədbirlərini yüksək səviyyədə təşkil edib - VİDEO
26 Sentyabr 2026 09:41
"Dinin məktəbdə nə işi var?"
26 Sentyabr 2026 09:10


Bakı -°C

