"Dinin məktəbdə nə işi var?"
"Türkiyə ilə Azərbaycan cəmiyyətlərinin görüşləri çox fərqlidir. Türkiyədə din məsələsi rəqabətdən doğan daxili - siyasi abu-havanın nəticəsindədir".
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
"Azərbaycanda isə dinə münasibət milli və dini, hətta bəzi hallarda digər məsələlərdən daha həlledici nöqtədə dayanan milli təhlükəsizlik məsələsidir. Çoxu müəyyən qədər dini təəssübkeşliyi önə çəkir. Amma regional təhlükə reallığında məsələn, İran haqda bircə kəlmə belə olsa, söz etmirlər. Bu cür qapalı pərdədən yazıb, dövləti (hökuməti yox) hədəf taxtasına qoymaq olmaz. Din adı altında İran da maskalanır, məqsədi fərqli olan da. Ay qoymayın, din əldən getdi, filan oldu deyənlərin heç birinin məqsədi din deyil, həmin qurupun böyük bir hissəsi din adı altında xarici xüsusi xidmət orqanlarına ayı xidməti göstərənlərdir. Ölkədə daha ciddi problemlər varkən, durub- oturub İranın belə imtina həddinə gəldiyi məsələdən yapışmaq mənasızdır. Din dindir, məktəb məktəb. Dinin məktəbdə nə işi var? Sovet dövründə isə AzəRBAYCANcan xalqının mənəvi təfəkkürü bugünkündən min dəfə milli və yüksək idi. Təhsili də", - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
12 Noyabr 2026 00:10
Azərbaycanda Konstitusiya Günüdür
11 Noyabr 2026 20:21
Leyla Əliyeva Azərbaycan pavilyonunda - FOTOLAR
11 Noyabr 2026 19:27
"Göy məsciddə şou düzənləmək heç kəsə başucalığı gətirə bilməz" - BƏYANAT
11 Noyabr 2026 17:49
Mehriban Əliyeva ilə Əminə Ərdoğan bir arada - FOTOLAR
11 Noyabr 2026 17:04
9 istiqamətdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
11 Noyabr 2026 16:24
Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
11 Noyabr 2026 16:20
COP31-də Heydər Əliyev Fondunun pavilyonu açılıb - FOTO
11 Noyabr 2026 15:56


Bakı -°C

