"Orta məktəblərdə Hicab məsələsi çox şişirdilir..."
"Dolanışıq, təhsil, səhiyyə, sosial ədalət və s. sahələrdə ciddi nöqsanların olduğu ölkədə bu məsələni az qala 1 nömrəli problem kimi qabartmağa çalışırlar".
Adalet.az xəbər verir ki, bunu professor Qulu Məhərrəmli deyib.
"Təbii ki, hicab məsələsində bir-biri ilə uyğun gəlməyən nöqtələr var. Məsələn, bir tərəfdən necə geyinmək hər kəsin haqqı, öz işidir, burada İslam dininə və dini inanca gərəkli istinadlar da var, amma digər tərəfdən bərabərlik preambulası, dövlətin dünyəviliyi, sosial demokratizm, bunun üçün də uniforma tələbi var. Hicabın tədrisin keyfiyyətinə, şagirdin yaxşı və ya pis oxumasına heç bir aidiyyatı yoxdur, amma belə anlaşılır ki, hicab qadağasında məsələyə bir az geniş nəzərlərlə baxılır.
İstənilən məsələyə hər kəsin öz baxışı, seçim və inancı ola bilər. Məsələn, mən 5-6 yaşında balaca qız uşaqlarını başdan-ayağa qara örtüyə bürüyənləri anlaya bilmirəm. Bəli, bu fikir doğrudur ki, geyim həm də düşüncə tərzidir, amma geyim heç vaxt mənəviyyat, abır-həya və əxlaq göstəricisi ola bilməz. Bu mənəvi keyfiyyətlərə sahib olmaq üçün tamam başqa şərtlər, o cümlədən böyük fəzilətlər aşılayan müqəddəs İslam dinindən gələn həqiqi dəyərlərə yiyələnmək lazımdır.
Təbii ki, bunlar mənim subyektiv fikirlərimdir, məsələ xeyli həssas olduğundan başqa yanaşmalara da təbii baxıram…", - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
11 Noyabr 2026 10:45
Dövlət Komitəsi Zəfər Gününə həsr olunmuş tədbir keçirdi
11 Noyabr 2026 10:31
Avtomobil idarə edərkən "TikTok"da canlı yayım açan sürücülərə xəbərdarlıq
11 Noyabr 2026 09:25
Bu gün COP31-in Liderlər Sammiti keçiriləcək
10 Noyabr 2026 18:27
Cəbrayılda Türkiyə-Azərbaycan Meşəçilik Kompleksi açıldı
10 Noyabr 2026 14:31
COP31 prezidenti Azərbaycanın iqlim prosesinə töhfəsini yüksək qiymətləndirib
10 Noyabr 2026 12:11
Səfərdən qayıdan sürücülərə - XƏBƏRDARLIQ - VİDEO
10 Noyabr 2026 11:08
İşsizlikdən sığorta ilə bağlı yeni qayda təklif edildi
10 Noyabr 2026 10:56


Bakı -°C

