Azərbaycan və İran birgə hərbi təlimlərə başladı - YENİLƏNİB + FOTOLAR
İranın Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Kopusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə "Araz - 2024" birgə taktiki təlimi keçirilir.
Bu barədə Adalet.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, təlimdən əvvəl hər iki ölkənin nümayəndə heyətlərinin yüksək səviyyəli üzvlərinin iştirak etdiyi komanda-qərargah iclasında təlimin mərhələləri və epizodlarının icra olunması üzrə ardıcıllıq müəyyənləşdirilib, təhlükəsizlik qaydaları çatdırılıb.
Daha sonra "Araz - 2024" birgə taktiki təliminin açılış mərasimi keçirilib. Mərasim başa çatdıqdan sonra hərbi qulluqçular təlimin keçiriləcəyi ərazi ilə tanış olublar.
*** 12:06
Azərbaycan və İran silahlı qüvvələrinin xüsusi təyinatlı bölmələri İranın Ərdəbil vilayətində 4 günlük hərbi təlimlərə başlayıb.
Adalet.az xəbər verir ki, bu barədə İranın rəsmi İRNA agentliyi məlumat yayıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunlarının bəyanatına görə, quru qoşunları və Azərbaycan silahlı qüvvələrinin xüsusi təyinatlı bölmələri Ərdəbil vilayətinin Aslanduz rayonunda 4 gün davam edəcək “Araz birgə hərbi təlimi”ndə iştirak edirlər.
Hərbi təlimlərin məqsədi iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi, qanunsuz silahlı təşkilatlara qarşı birgə mübarizə, sərhəd təhlükəsizliyinin gücləndirilməsi və hərbi potensialın artırılmasıdır.
Digər Xəbərlər
27 Yanvar 2026 13:51
Növbəti köç karvanı Məmmədbəyli kəndinə çatıb - YENİLƏNİB
27 Yanvar 2026 13:43
Kolumbiyada da ASAN Xidmət açılacaq
27 Yanvar 2026 13:22
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
27 Yanvar 2026 13:08
Dövlətin dayanıqlılığı və Milli Təhlükəsizliyin təminatında hüquq-hühafizə orqanlarının strateji rolu
27 Yanvar 2026 12:45
Baş prokuror İmişlidə vətəndaşları qəbul edəcək
27 Yanvar 2026 11:48
Azərbaycan hərbçiləri BƏƏ-də beynəlxalq təlimdə iştirak edəcək - FOTOLAR
27 Yanvar 2026 11:45
Karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı oldu - FOTOLAR
27 Yanvar 2026 11:42


Bakı -°C

