adalet.az header logo
  • Bakı -°C
26 Dekabr 2025 10:46
79
DÜNYA
A- A+

Azərbaycan vətəndaşı Monteneqroda faciəvi şəkildə öldü

Monteneqroda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan vətəndaşı həyatını itirib.

Adalet.az Bakupost.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında (25 dekabr) 26 yaşlı Tariverdi Nəciyev Bijelo Pole–Moykovats magistralında, Sliyepats Most yaşayış məntəqəsi ərazisində qəzaya düşüb.

Monteneqronun Bar şəhərinə məxsus nömrə nişanlı, “Audi A6” markalı avtomobilin sürücüsü naməlum səbəbdən idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılıb.

Hadisə yerinə Bijelo Pole yanğın-xilasetmə xidməti cəlb olunub və yaralı avtomobildən çıxarılaraq təcili şəkildə Bijelo Pole Xəstəxanasına çatdırılıb. Lakin Nəciyevin həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, meyitin Monteneqro Klinik Mərkəzində məhkəmə-tibbi ekspertizadan keçirilməsi planlaşdırılır.

Qəzanın səbəbləri araşdırılır.