“Bu prosesdə iştirak edən hər kəs öz layiqli cavabını alacaqdır...”
“Ramiz Mehdiyev və Əli Kərimli məsələsi artıq müxtəlif yanaşmalarla, baxış bucağı ilə Azərbaycanın siyasi diskursunda müzakirə olunur. Amma bu faktdır ki, Ramiz Mehdiyev uzun müddət Azərbaycanın idoloji və inzibati mərkəzində güc fakoru olub. Əli Kərimli isə Azərbaycan müxalifətində özünü həmişə “böyük müxalifər” dırnağarası “ana müxalifət” və digər adlarla təqdim edib, cəmiyyətə öz populist çıxışları ilə manipulyasiyaları ilə müəyyən bəzi siyasi addımlar ata biliblər”.
Bunu Adalet.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
Onun sözlərinə görə, müasir texnologiyaların inkişafı, cəmiyyətə hər şeyin açıq olması təbii ki, bu tip insanların tanınmasına və açıq şəraitin yaranmasına gətirib çıxardı:
“Bu da özünü çox gözlətmədi və insanlar kimin kim olduğunu tez anlaya bildilər və onların o cür siyasi manipulyasiya etmələrinin də bir mənası olmadı. Hər ikisi bilirsiniz ki, fərqli formada xarakterizə olunan insanlar olub və bunu biz çox yaxşı bilirik. Birinə xəyanət maddəsi ilə cinayət işi qaldırılıb. Nəzərdə tutduğum fərqli formada xarakterizə olunmalarının səbəbidir ki, bu cür xəyanətlərin meydana gəlməsi, Azərbaycan xalqına və dövlətinə qarşı belə bir nankorluğun baş verməsinə gətirib çıxardı”.
R.Hüseynov deyib ki, indi onların siyası bazarları bağlanıb:
“Əslinə qalanda burda gedən müxtəlif formada yanaşmalar da təbiidir . Bu, özünü müxalifətdə hesab edən tərəfin siyasi bazarını bağlayan bir addım idi. Siyasi bazarda kimlər ümumi gəlirlərdən pul qazanırdısa, onların aqressiyasını siz görürsünüz. Gözləri heç nəyi görmür və həbsdə olan sədrləri ilə bağlı məsələyə münasibət bildirəndə onun kimi böhtan, şantaj və digər Azərbaycan milli mənəvi dəyərlərinə uyğun olmayan formada özlərini aparırlar. Bu da təbiidir. Çünki onların siyasi bazarı bağlanıb, o gəlirlərdən məhrum olublar. O gəlirlər də ancaq xarici kəşfiyyat tərəfindən siyasi sabitliyin pozulmasına, Azərbaycan dövlətinin zəiflənməsinə yönəlik ideologiyaların həyata keçirilməsi üçün ayrılan pullardır. O pullar da o insanlar vasitəsi ilə Azərbaycan siyasətində özlərini aparmaq, qoruyub saxlamaq, yaşatmaq, siyasi xəttini davam etdirmək üçün ayrılan vəsaitlərdir”.
O, bildirib ki, nə olur olsun ortada çox ciddi faktlar var:
“Ramiz Mehdiyev vaxtilə Akademiyada işləyəndə onun hansı ləqəblə çağırılmasını əksər adamlar bilir. Onların nə dediyindən, aqressivliklərindən asılı olmayaraq fakt faktlığında qalır. Bu gizli əlaqələri sübut edəcək bir çox amillər var. Düzdü, siyasətçilərin bəzi addımlar atması normaldır. Təbii ki, siyasi partiyanın rolu hakimiyyətə gəlməkdir. Amma bu o demək deyil ki, sən bu cür iyrənc, nankor və nadanlıq edəsən. Öz dövlətinə qarşı hər hansı bir neqativ proseslərdə iştirakın canla-başla yerinə yetirilməsi üçün hazır olasan. Bu yolla da istər hakimiyyətdə, istər ölkədə hakimiyyətə gəlmək üçün özünə nüfuz qazanmaq taktikası seçəsən. Bu da təbii ki, bir siyasi yaramazlıqdır. Belə bir siyasi yaramazlıqdan da onlar istifadə ediblər”.
R.Hüseyovun sözlərinə görə, hər bir ölkədə müxalifət var və onlar dövlətin möhkəmlənməsi üçün çalışırlar:
“Hər bir ölkədə müxalifət var. O müxalifətlər sivil topluma malik olan ölkələrdə siyasi dayaqlarının möhkəmləndirilməsi, dövlətin suverenliyini, milli ideologiyasını həyata keçirmək üçün çalışır. İlk öncə o bunu düşünür. Çünki bu birbaşa siyasətinin ilk vəzifəsi, borcudur. Ondan sonra isə müəyyən maraqlar gəlir. Amma çox təəssüflər olsun ki, haqlarında danışdığım şəxslər heç vaxt dövlətçilik prinsiplərinə, dövlətə, xalqa xidmət etmək yox, şəxsi maraqları olub. Şəxsi maraqlarının hesabına da müəyyən maliyyə və siyasi divident əldə edirlərsə də, bu cür dividentlərin əldə edilməsi əslində siyasətdə siyasi əlilliyin göstəriciləridir. Siyasi əlillər də bu cür addımlar atıblar və bunlar da dövlətimizin hüquq-mühafizə orqanları və müvafiq qurumlarının nəzərindən qaçmayıb. Bu prosesdə güman edirəm ki, iştirak edən hər kəs öz layiqli cavabını alacaqdır və bu mütləqdir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
26 Dekabr 2025 11:41
"Dəfələrlə xəstəxanalarda olmuşam, gördüyüm mənzərə ürəkaçan olmayıb" - Deputat
26 Dekabr 2025 11:02
Parlamentin növbəti iclası başladı
26 Dekabr 2025 10:27
“Moskvanın cavabı Paşinyanın xeyrinə olacaq...” – Politoloq
26 Dekabr 2025 09:00
200 İLLİK İŞĞALA SON QOYAN SƏRKƏRDƏ
25 Dekabr 2025 18:52
Azərbaycan QHT-ləri Donald Trampa açıq məktub yazıb
25 Dekabr 2025 18:36
Daxili qoşunların komandanını Prezident vəzifəyə TƏYİN EDƏCƏK
25 Dekabr 2025 17:57
"Daxili qoşunlar haqqında" qanun təsdiqləndi
25 Dekabr 2025 17:52


Bakı -°C

