Azərbaycan Xəzərlə bağlı Komissiyanın 9-cu iclasına qatılıb
Azərbaycan 24-26-noyabrda Türkmənistanın paytaxtı Aşqabadda keçirilmiş "Xəzər dənizinin bioresurslarının qorunması, onların rasional istifadəsi və birgə ehtiyatların idarə olunması üzrə Komissiya"nın 9-cu iclasında təmsil olunub.
Adalet.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, tədbirdə Azərbaycanı nazirliyin Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev və onun müavini Elşən Məcidov təmsil ediblər.
Azərbaycanla yanaşı İran, Qazaxıstan, Rusiya Federasiyası və Türkmənistanın nümayəndə heyətlərinin qatıldığı iclasda tərəflər Komissiyanın əvvəlki qərarlarının icrası, 2024-cü ildə istifadə olunmuş balıqçılıq kvotaları, ehtiyatların bərpasına yönəlmiş balıqartırma proqramları və su bioresurslarının mühafizəsi ilə bağlı görülmüş tədbirlər barədə müzakirələr aparıblar.
İclas zamanı 2024-cü ilin elmi tədqiqat məlumatları əsasında Xəzər dənizində su bioresurslarının mövcud vəziyyəti müzakirə olunub, növlərin biokütlələrində baş verən dəyişikliklər və ekoloji risklər qiymətləndirilib, 2026-cı il üçün birgə balıqçılıq kvotaları təsdiq edilib və Komissiyanın işçi qruplarının fəaliyyəti dəyərləndirilərək növbəti mərhələ üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Azərbaycan nümayəndə heyəti tərəfdaş ölkələrlə elmi tədqiqatların koordinasiyasının gücləndirilməsinin, biomonitorinq sistemlərinin təkmilləşdirilməsinin və Xəzər dənizində nərə balıqlarının bərpa proqramlarının genişləndirilməsinin vacibliyini qeyd edib.
İclasın sonunda Komissiyanın 9-cu iclasının yekun Protokolu imzalanıb.
Digər Xəbərlər
28 Noyabr 2025 16:32
Hikmət Hacıyev NATO Baş Qərargahında blok rəhbərliyi ilə görüş keçirib
28 Noyabr 2025 16:00
İlham Əliyev Çin Sədrinə başsağlığı verdi
28 Noyabr 2025 13:29
3+3 formatında görüş Bakı və ya İrəvanda baş tuta bilər
28 Noyabr 2025 11:28
İlham Əliyev onları təbrik etdi
28 Noyabr 2025 11:01
“Əks halda Kreml parlament seçkisi öncəsi Paşinyana...”
28 Noyabr 2025 09:17
Hikmət Hacıyev Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri ilə görüşdü
27 Noyabr 2025 12:37
İlham Əliyev Bakıda zavod açılışında - FOTOLAR
27 Noyabr 2025 12:14


Bakı -°C

