Azərbaycan XİN başçısının müavini Suriyaya dövlətçiliyin bərpası prosesində uğurlar arzulayıb
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rafiyev Suriyaya dövlətçiliyinin bərpasının çətin mərhələsində uğurlar arzulayıb.
Adalet.az xəbər verir ki, bu barədə nazir müavini Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən əş-Şibani ilə görüşdən sonra “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Əziz qardaşlar, səmimi qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Burada, Dəməşqdə, Azərbaycanın suriyalı qardaş və bacılarımızla həmrəyliyini ifadə etdik. Onlar dövlətçiliyin bərpası və Suriyanın dostları ilə əlaqələrin qurulmasının həlledici mərhələsinə qədəm qoyublar. Bu mühüm təşəbbüsdə sizə uğurlar arzulayıram”.
Digər Xəbərlər
01 Yanvar 2025 14:33
İranın diplomatı XİN-ə çağırıldı - Sərt etiraz!
01 Yanvar 2025 00:33Prezident: Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb
01 Yanvar 2025 00:24Prezident bu il Azərbaycan üçün ən narahatedici məqamı AÇIQLADI
01 Yanvar 2025 00:15Prezident Ermənistan rəhbərliyinə xəbərdarlıq etdi
30 Dekabr 2024 11:06