Azərbaycan XİN rəhbəri: Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibdir

Azərbaycanın Ermənistanın 30 illik işğalına son qoyması ilə iki ölkə arasında münasibətlərin normallaşması və Cənubi Qafqaza sülhün gəlməsi üçün fürsət yaranıb”.
Adalet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsində deyib.
O, rəsmi Bakının 2021-ci ildə İrəvana düşmənçilik səhifəsini bağlamağı təklif etdiyini və bu çağırışın təxminən bir il cavabsız qaldığını xatırladıb:
“2022-ci ilin ilk aylarında sülh razılığının beş əsas bəndini Ermənistana təqdim etdikdən sonra həmin ilin oktyabr ayında iki ölkə arasında müzakirələr başlayıb. Sülh sazişinin ilk layihəsi də Azərbaycan tərəfindən yazılıb və Ermənistana təqdim edilib. Danışıqlar təxminən iki il yarım çəkib. Təxminən bir ay əvvəl müzakirələr başa çatıb və mətnlə bağlı razılıq əldə olunub. Danışıqlar davam edərkən biz Ermənistanı və prosesdə maraqlı olan digər ölkələri bu məsələlərlə bağlı məlumatlandırmışıq. Həll edilməli olan mühüm amillər mövcuddur. Bunlardan ən önəmlisi Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların yer almasıdır. Bu, davam etdikcə sülh sazişinin imzalanması mümkün deyil. Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibdir”.
Nazir qeyd edib ki, Azərbaycanın daha bir şərti 1990-cı illərdə Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun ləğv edilməsi ilə bağlıdır:
“ATƏT-in Minsk Qrupu 30 ildir heç bir nəticə əldə etməyib. Artıq Qarabağ məsələsi həll olunub və bu ərazilər Azərbaycanın bir hissəsidir. Ermənistan da bunu qəbul edib. Belə olan halda Ermənistanın Minsk Qrupunun fəaliyyətini davam etdirmək üçün davamlı səyləri bizdə suallar doğurur. Biz israrla Minsk Qrupunun buraxılmasını tələb edirik və gözləyirik”.
Digər Xəbərlər

Ceyhun Bayramov: İndi hər şey Ermənistan tərəfinin addımından asılıdır

Əminə Ağazadə MDB PA-nın iclasında məruzə ilə çıxış edib

CƏSARƏT VƏ SƏDAQƏT OLMADAN ƏDALƏT TƏMİN EDİLMİR

Sahibə Qafarova Azərbaycanın faşizm üzərindəki qələbədə rolundan danışıb - FOTOLAR

Zakir Həsənov Türkiyə HDQ komandanı ilə görüşdü - VİDEO

İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi

Azərbaycanla Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə, təhlükəsizliyə öz töhfəsini verir
