adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Aprel 2024 15:20
521
DÜNYA

"Azərbaycan xüsusi reinteqrasiya proqramı qəbul edib" - Rusiya XİN

Qarabağ ermənilərinin qayıtmaq imkanı olmalıdır. 

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Gördüyünüz kimi, Azərbaycan hakimiyyəti xüsusi reinteqrasiya proqramı qəbul edib. Rusiyanın bu addımları alqışladığı və dəstəklədiyi dəfələrlə vurğulanıb. Qarabağ ermənilərinin hüquqları və təbii ki, təhlükəsizliyi lazımi qaydada təmin olunarsa, geri qayıtmaq imkanı olmalıdır", - XİN sözçüsü deyib. 

Onun sözlərinə görə, Rusiya o prosesə hər cür dəstək verməyə hazırdır: "Belə olan halda vətəndaşların mümkün qayıdışına şərait yaratmaq üçün böyük həcmdə iş görmək lazımdır. Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli tənzimlənməsi, o cümlədən sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması və ərazilərin demarkasiyası lazımdır".