"Azərbaycana çoxlu sayda kiberhücum olur, lakin hamısını açıqlaya bilmirik" - Xidmət rəisi
Azərbaycana beynəlxalq tədbirlər zamanı çoxlu sayda kiberhücum olur.
Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi İlqar Musayev bildirib.
"Dövlət Xidməti olaraq bu məlumatların hamısını açıqlaya bilmirik. Bu hücumların qarşısı alınır. Bəzən rüblük olaraq bu məlumatları öz informasiya vasitəmizdə yerləşdiririk. Vətəndaşlara və dövlət qurumlarına qarşı kiber hücumlar və təhdidlər olur. Həmçinin bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı belə hücumlar baş verir",- İ.Musayev vurğulayıb.
O bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı da dünyanın hər yerindən Azərbaycana qarşı kiber hücumlar olub: "Daha sonra Prezident və Milli Məclisə seçkilər zamanı kiber hücumlara cəhd edilirdi. Sadəcə biz onların hamısını açıqlaya bilmirik. Amma bununla bağlı gündəlik işlər gedir. "Facebook", "Instagram", "Tiktok" kimi platformalarda dezinformasiyalar yayılır. Biz həmin platformalarla birgə işləməklə bunların qarşısını alırıq", - deyə o qeyd edib.
Digər Xəbərlər
22 Oktyabr 2026 11:47
Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı
21 Oktyabr 2026 07:07
Süni intellekt indi də oğurluq etdi
20 Oktyabr 2026 11:42
Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar olur
19 Oktyabr 2026 14:40


Bakı -°C

