Azərbaycana qarşı hansı raketlərdən istifadə olunub? - Məhkəmədə açıqlandı

20 il ərzində Azərbaycana qarşı istifadə edilən zenit-raket sistemlərinin adları açıqlanıb.
Adalet.az xəbər verir ki, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev bildirib ki, 2001-ci ilin əvvəllərindən 2021-ci il mayın sonlarınadək olan müddət ərzində “İsgəndər-M” əməliyyat-taktiki təyinatlı ballistik raketi, “Toçka-U” taktiki raket kompleksi, “9K33 OSA” özü yeriyən zenit raket kompleksi, “S-8” idarə olunmaz təyyarə raketi, “Smerç”, “TOS-1A Solntsepek” sistemləri, “İqla-S” zenit-raket kompleksləri, tank əleyhinə idarə olunan “Konkurs” və “Kornet” raketləri, “RPQ-26” qumbaraatanları və digər iriçaplı odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular qanunsuz əldə edilərək Rusiya Federasiyasından gizli üsullarla Ermənistan Respublikasına, oradan isə Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində əvvəllər işğal altında olmuş Azərbaycan Respublikasının ərazisində qanunsuz olaraq qurulmuş mühəndis-istehkam mövqelərinə yerləşdirməklə Azərbaycana qarşı təcavüzkar müharibədə istifadə edilib.
Digər Xəbərlər

Arayik və digərlərinin məhkəməsi keçirildi - YENİLƏNİB

Prokuror Tofiq Yaqubluya 10 il həbs cəzası istədi

İşgəncələrlə öldürülən azərbaycanlıların sayı açıqlandı

Baş prokuror Bakının Xəzər rayonunda vətəndaşları qəbul edib

Bu gün Arayik və digər erməniəsilli şəxslərin məhkəməsi keçiriləcək

Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib

Vardanyanın növbəti məhkəməsi keçirildi - YENİLƏNİB + FOTOLAR
