İxracdan əldə olunan 56 milyon manat Azərbaycana qaytarıldı
Xəbər verildiyi kimi, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, hazırkı vaxtadək Şirvan şəhər, habelə Qusar, Bərdə, Masallı, Tovuz, Siyəzən, Şəki, Şabran və Gədəbəy rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 33 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 56 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.
Prokurorluq orqanları tərəfindən bu kateqoriya araşdırmalara dair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bank hesablarına qaytarılması istiqamətində zəruri prosessual tədbirlərin icrası davam etdirilir.
Digər Xəbərlər
06 Fevral 2026 11:10
Şagirdin müəllimi güllələməsi ilə bağlı cinayət işi başlandı
05 Fevral 2026 19:54
Arayik Harutyunyana ömürlük həbs cəzası verildi - YENİLƏNİB
05 Fevral 2026 13:39
Məhkəmə onları 20 il müddətinə azadlıqdan məhrum etdi - YENİLƏNİB
05 Fevral 2026 13:19
Davit İşxanyan ömürlük azadlıqdan məhrum edilib
05 Fevral 2026 13:00
Mnatsakanyan ömürlük azadlıqdan məhrum edildi
04 Fevral 2026 11:10
"Quska" kassasiya şikayətini geri götürdü
03 Fevral 2026 16:43
Arayik və digərlərinin məhkəməsi fevralın 5-də davam etdiriləcək
26 Yanvar 2026 18:10


Bakı -°C

