Aparat rəhbəri ölkədə fəaliyyət göstərən hakimlərin sayını açıqladı
“Keyfiyyətli ədalət mühakiməsinin təmin olunması, məhkəmə sisteminə güvənin artırılması məqsədilə hakim korpusunun peşəkar, yüksək bilik və mənəvi keyfiyyətlərə malik hüquqşünaslarla komplektləşdirilməsi prioritet istiqamətlərdən biridir”.
Adalet.az xəbər verir ki, bunu Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu gün “Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi Qaydaları”na uyğun olaraq 337 hakimliyə namizədin iştirakı ilə növbəti test imtahanı keçirilir:
“İmtahan beynəlxalq və yerli müşahidəçilərin, vətəndaş cəmiyyəti və media nümayəndələrinin iştirakı ilə tam şəffaf şəraitdə təşkil olunub. Namizədlər nəticələrini imtahanı başa vurduqdan dərhal sonra əldə edəcəklər. İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanmış hakimliyə namizədlər müsabiqənin növbəti - yazılı imtahan mərhələsinə buraxılacaq”.
K.Mansurov qeyd edib ki, həmçinin hazırda 67 hakimliyə namizədlə müsahibələr artıq yekunlaşdırılıb:
“Yaxın zamanda müvəffəqiyyət qazanmış namizədlərin nəticələr elan ediləcək, müvafiq nəticələr və namizədlərin ixtisaslaşmaları barədə rəylər Məhkəmə-Hüquq Şurasına təqdim ediləcək”.
Aparat rəhbərinin sözlərinə görə, hazırda ölkəmizdə 705 hakim fəaliyyət göstərir:
“Vakant yerlərə yeni təyinatların aparılması məqsədilə hakimliyə namizədlərin seçimi prosesi fasiləsiz davam etdirilir. 2023-cü ilin əvvəlindən hazıradək 254 yeni hakim vəzifəyə təyin olunmuşdur. Hakimlərin Seçki Komitəsi hakim olmaq arzusunda olan hüquqşünasları imtahanlarda daha fəal iştiraka dəvət edir”.
Digər Xəbərlər
11 Iyul 2026 10:28
Monteneqrodakı qətl istintaqında Azərbaycan da iştirak etdi
07 Iyul 2026 19:51
Arayikgilin növbəti apellyasiya məhkəməsi oldu - FOTOLAR
06 Iyul 2026 11:39
Kassasiya şikayətlərinin verilmə müddətlərinin optimallaşdırılması tövsiyə edildi
06 Iyul 2026 11:32
Baş Prokurorluqdan Fatimə Kərimovanın qətli ilə bağlı AÇIQLAMA
03 Iyul 2026 09:26
"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
02 Iyul 2026 11:36
"Arzum 9999" ləqəbli tiktoker məhkəmə zalında həbs olunub
30 Iyun 2026 19:08
Arayikgilin növbəti məhkəməsi oldu - FOTOLAR
24 Iyun 2026 11:17


Bakı -°C

